Dünyada koronavirusa yoluxma sayında azalma müşahidə olunur
18.09.2021

Dünyada koronavirusa yoluxma sayında azalma müşahidə olunur. Visiontv.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, son yeddi gündə planetdə 3,8 milyon yoluxma aşkarlanıb ki, bu da ötən həftə ilə müqayisədə 0,2 milyon azdır.

Bununla yanaşı, virusdan ölənlərin sayı artıb. Əgər ötən həftə dünyada təxminən 58 min ölüm hadisəsi qeydə alınmışdısa, bu həftə 65 mindən çox insan koronavirusun qurbanı olub.

Qərbi Avropanın əksər ölkələrində yoluxma nisbətində yumşalma hiss olunur. Belə ki, Fransada avqustla müqayisədə üç dəfə, İspaniyada isə yeddi dəfə azalma müşahidə edilir.