Dünya çempionatının ən gözəl tərəflərindən biri himnlərin oxunmasıdır
Dünya çempionatının ən gözəl tərəflərindən biri himnlərin oxunmasıdır
02.12.2022 MEDİA Tərəfindən

Almaniya – Kosta-Rika oyunu öncəsində almanların himni səslənəndə düşündüm ki, klassik musiqinin məbədi sayılan bir ölkənin himni də məhz belə olmalıdır – Alman ruhuna, onun poeziyası ilə fəlsəfəsinə yaraşan, onları tamamlayan bir musiqi.

Musiqinin müəllifi görkəmli alman bəstəkarı Cozef Haydndır. 1797-də bəstələnən melodiya "Kayzerin mahnısı" adlanırdı və Avstriya İmperatoru II Fransa həsr olunmuşdu.

Himnin sözlərini yazan Hoffmann 1841-də "Deutschland über alles" (Hər şeydən əvvəl (üstün) Almaniya) şerini yazmışdı. Mahnının sözlərinə sonralar düzəliş edilərək nasional-sosialistlər və Hitlerə aid bölümlər qaldırıldı.

Berlin divarının yıxılması və iki Almaniyanın birləşməsindən sonra himn indiki halını almış oldu.

İbrahim Nəbioğlu

visiontv.az