Döyüş meydanlarında özünü təsdiq edən ordu: Xalqın qürur mənbəyidir
Döyüş meydanlarında özünü təsdiq edən ordu: Xalqın qürur mənbəyidir
26.06.2022 Nəsib Məhəməliyev Tərəfindən

26 İyun-Azərbaycan Silahlı Qüvvələr Günüdür.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan etdiyi İstiqlal Bəyannaməsində Silahlı Qüvvələrin yaradılması qeyd olunmuşdur. Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə, Çar Rusiyası dövründə “Vəhşi Diviziya” adlanan süvari alayının əsgərlərindən ibarət 5 min nəfərlik korpus formalaşdırılmışdır. 

1920-ci ilin aprel ayında bolşevik Rusiyasının işğalından sonra Azərbaycan dövlət müstəqilliyini itirmiş və milli ordu ləğv olunmuşdur. 

1991-ci ildə Azərbaycan müstəqililiyini bərpa etdikdən sonra, Ali Sovet tərəfindən, Silahlı Qüvvələrin yaradılması barədə qərar qəbul edilmişdir. 

1998-ci il, may ayının 22-də Prezident Heydər Əliyev, 26 iyunu - Silahlı Qüvvələr Günü kimi qeyd olunması barədə fərman imzalamışdır. 

Dövlətin milli təhlükəsizliyinin, ərazi bütövlüyünün  təmin olunmasında Silahlı Qüvvələrin rolu son dərəcə əhəmiyyətlidir. Ələlxüsus, artıq döyüş meydanlarında özünü təsdiq etmiş, güclü Orduya malik olmaq, hər bir dövlət üçün sabitlik faktoru, hər bir  xalq üçün qürur mənbəyidir. Bu baxımdan, tam məsuliyyətlə deyə bilərik ki, Azərbaycan xalqının bəxti gətirmişdir. 44 günlük müharibədə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, mürəkkəb coğrafi və geosiyasi şərtlər daxilində, Silahlı Qüvvələrimiz öz üzərinə düşən ən müqəddəs vəzifəni yerinə yetirdi. Torpaqlar 30 illik işğaldan azad olundu. Azərbaycan dövlətinin, Ordusunun beynəlxalq nüfuzu dəfələrlə artdı. Xalqın sınmış qüruru bərpa olundu.

Silahlı Qüvvələr Günü, ölkəmizdə ümumxalq bayramı statusunu qazanmışdır. Silahlı Qüvvələrin hər bir üzvü, cəmiyyətin ən hörmətli nümayəndələri olaraq qəbul edilir. Dövlət tərəfindən hər tərəfli qayğı göstərilir. Ordumuz günü-gündən daha da təkmilləşir, müasirləşir, döyüş qabiliyyətini artırır. Hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizlə fəxr edir. 

26 iyun Silahlı Qüvvələr Günü münasibətilə, başda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev olmaqla, şəxsi heyətin hər bir üzvünü təbrik edirəm. Möhkəm can sağlığı, əmin-amanlıq, rifah arzulayıram. 

Bayramınız mübarək. 

6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az