Dövlət Dumasının "Azov" döyüşçülərinin mübadiləsinə mane olmaq planları haqqında: Bu daxili təbliğatdır
Dövlət Dumasının "Azov" döyüşçülərinin mübadiləsinə mane olmaq planları haqqında: Bu daxili təbliğatdır
18.05.2022 MEDİA Tərəfindən

Rusiya Federasiyası Dövlət Dumasının Mariupolu müdafiə edən "Azov" döyüşçülərinin mübadiləsinə mane olmaq niyyəti ilə bağlı bəyanatı daxili təbliğat məqsədi daşıyır. Danışıqlar prosesi hələ davam edir.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın brifinqinə danışıb: "Dövlət Dumasına gəlincə, bu, Rusiya Federasiyasında daxili təbliğat və daxili siyasi proseslər üçün nəzərdə tutulmuş siyasi bəyanatdır. Bizim tərəfimizdən deyə bilərik ki, danışıqlar prosesi və xilasetmə əməliyyatı davam edir".

Xatırladaq ki,  Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin Müdafiə Komitəsinə Azovstalı tərk edərək Mariupolda rus hərbçilərinə təslim olan "Azov" alayının döyüşçülərinin mübadiləsinə qadağa barədə qanun hazırlamağı tapşırıb.

Xatırladaq ki, dünəndən etibarən Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatı davam edir. Razılaşmalara əsasən, yaralı əsgərlər işğal altındakı Novoazovsk və Olenovkaya aparılıb. Artıq 260-a yaxın əsgər təxliyə edilib. Onların məhbus mübadiləsi çərçivəsində azad ediləcəyi gözlənilir.

Aytən Əlizadə

visiontv.az