Dövlət Dəniz Agentliyinin sədr müavini işdən çıxıb
22.06.2021

2006-cı ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin (ARDDA) sədr müavini olan Şahlar Məmmədov işdən çıxıb.

Visiontv.az xəbər verir ki, bu barədə "report"a agentlikdəki mənbə bildirib.

Məlumata görə, Ş.Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Departamentinin rəis muavini vəzifəsinə təyinat alıb.

Onun əvvəlki vəzifəsinə isə təyinat olmayıb.