Dərmanların dövlət qeydiyyatına alınmasına dair layihə hökumətə təqdim edilib
10.11.2022

“Əczaçılıq sektorunun inkişafı ilə əlaqədar Nazirlər Kabinetinin yaratdığı komissiya var”.

Visiontv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavini bildirib ki, bu komissiya artıq işçi formada layihə hazırlayıb və hökumətə təqdim edib: “Bu layihə dərmanların dövlət qeydiyyatına alınması ilə bağlıdır. Burada əvvəlki yanaşmadan fərqli olaraq, kifayət qədər ciddi irəliləyişlər var. Ümid edirik ki, bu, yaxın gələcəkdə qəbul olunacaq”.