Daha 11 PKK terrorçusu zərərsizləşdirilib
23.09.2021

Türkiyə Müdafiə Nazirliyi “Barış Pınarı” bölgəsində hücum hazırlığında olan 1 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqlamasında deyilir:

"Keçid verməyəcəyik! PKK/YPG-nin Barış Pınarı bölgəsindəki təhlükəsizlik və sabitliyi pozmağa yönələn hücum təşəbbüsü, qəhrəman əsgərlərimiz tərəfindən qətiyyətlə alınıb. 11 PKK/YPG terrorçusu uğurlu əməliyyat nəticəsində məqsədlərinə çatmadan zərərsizləşdirilib." 

İlahə Əliyeva