"Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyənlər, bunu öz ərazisində etsin - İlham Əliyev
27.09.2021

"Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı inzibati vahid yoxdur".

Visiontv.az xəbər verir ki, bu sözləri xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident bir daha Qarabağın status məsələsinə toxunaraq bildirdi ki, "Əgər, kimsə istəyirsə ki, "Dağlıq Qarabağ" adlı ölünü diriltmək istəyirsə, bunu öz ərazisində etsin, Biz də onu tanıyarıq. Ancaq, Azərbaycanda yox. Bunu mən deyirəm. Azərbaycan Prezidenti və Ali Baş Komandan kimi. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaq".

İlham Əliyev ermənilərin və havadarlarının revanşizm çağrıçlarına da münasibət bildirdi: "Əgər yenidən ölkəmizə, xalqımıza qarşı hər hansı təhlükə yaranarsa, heç bir tərəddüd etmədən erməni faşizminin başını əzəcəyik. Buna heç kimi şübhəsi olmasın".