Dağıstanın Azərbaycandakı nümayəndəliyi Qələbə günü münasibəti ilə tədbir keçirib
10.05.2022

Rusiya Federasiyasının Azərbaycandakı səfirliyində 9 may Böyük Vətən müharibəsində Qələbənin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbir iştirakçıları 20 Yanvar- Memorial Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir çərçivəsində Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinin Dağıstan Nümayəndəliyinin  rəhbəri Marat Askendorov, onun müavini Xosrov Həsənbəyov o cümlədən Nümayəndəliyin məsul əməkdaşları Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarovla görüşüb, səfirliyin adından təbrik ediblər.

Görüşdə F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və Dağıstan nümayəndəliyinin rəhbərliyinə minnətdarığını ifadə edib.

Visiontv.az