Co Baydeninin məsuliyyətsiz qərarları Amerikanı Əfqanıstanda rəzil etdi...
27.08.2021

“ The Associated Press“ agentliyi bildirir ki, iki intiharçı Kabil Hava Limanında özünü partladıb. Bir nəfər isə əli silahlı Hava Limanında olanlara atəş açıb. Son məlumata görə, 13 amerikalı əsgər ölüb. 15 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir.

Əfqanlar arasında ölənlərin sayı isə 60 nəfərdən çoxdur. 140 nəfər isə müxtəlif dərəcəli yara alıb. 
Qeyd edək ki, Türkiyə və Azərbaycan sülhməramlıları Kabil Hava Limanını layiqli şəkildə qoruyurdu. “Taliban”ın tələbi ilə onlar dünən axşam öz mövqelərini tərk etdilər. Heç bir gün çəkmədi ki, belə böyük bir faciə baş verdi…

Bildiyim o ki, amerikalılar Co Baydeni yaman günə qoyacaqlar. Onun məsuliyyətsiz qərarları Amerikanı Əfqanıstanda rəzil etdi...

Elbəyi Həsənli

visiontv.az