Ciu-Citsu Federasiyası başsağlığı verib
Videonu Aç
05.05.2021

Azərbaycan idman ictimaiyyəti ağır itki ilə üzləşib.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimov uzun müddət davam edən xəstəlikdən sonra dünyasını dəyişib. Azərbaycan Ciu-Citsu Federasiyası nazirin vəfatıyla bağlı dərin hüznlə kədərləndiyini bildirir, Azad Rəhimovun ailəsinə, yaxınlarına və Azərbaycan xalqına başsağlığı verir.

Allah rəhmət eləsin!