Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə növbəti görüşünün mümkünlüyündən danışıb
20.01.2025

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsi ilə bağlı danışıqlar aparır.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, sülh sazişi ilə bağlı iki maddə üzrə tam razılaşma əldə edilməyib, danışıqlar gedir: “Ermənistanın konstitusiyasında və hüquqi sənədlərində hələ də Azərbaycan torpaqlarına iddialar var. Bunlar həllini tapmalıdır”.

Xarici işlər nazirinin sözlərinə görə, növbəti görüşün yeri və vaxtı barədə hələlik razılaşma yoxdur.