Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə edib
11.01.2023

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Visiontv.az Apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun "Twitter" hesabında məlumat verilib.

Bildirilib ki, tərəflər Laçın-Xankəndi yolundakı vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, dünən Karen Donfrid Ermənistan XİN başçısı Ararat Mirzoyanla da danışıb.

"O,hər iki naziri davamlı sülhə yönələn prosesə yenidən qatılmağa təşviq edib", ABŞ Dövlət Departamenti bildirib.