Cəsuslar, öz məzarı üzərinə həmişə əklil qoyur
Cəsuslar, öz məzarı üzərinə həmişə əklil qoyur
16.08.2022 MEDİA Tərəfindən

Qoca bakılılar mənə deyərdilər: bəs, ayıq ol, Stepan Şaumyan heç də Ağcaqum çölündə gülələnməyib, ingilis casusu olub, sonra Hindistana qaçıb. Sonra hətta Bakıya qayıdıb bir başqa ad altda. Hətta öz məzarını guya ziyarət edib. Gül çələngi də qoyub məzarı üstə...

Hə...razıyam...Casuslar həmişə öz məzarları önündə bir gün qara kölgəyə çevrilirlər. Gül dəstələri düzürlər öz məzarları üstə.
Şaumyan da istisna deyil. 
Bəli, o 1918-də öldürülməyib. İngilislər tərəfindən uzaq Hindistana göndərilib.
Nəvəsinin tanınmış hindşünas olmağı, hindcə bülbül kimi ötməyi...həəəə...day sizdən nə gizlin? -məni bərk düşündürdü..
Qərara gəldim ki, qoca bakılılar Şaumyanın qara kölgəsini görünür sonralar həqiqətən də görmüşdülər.
O bir hind şahzadəsi kimi gəlibmiş, qayıdıbmış Bakıya.
Burdakı öz məzarını da ziyarət edibmiş.
Şaumyanın Hindistandakı əsl məzarı isə, məncə, hələki ki, gizlidir. 
Qəbrin dəqiq gizli ünvanını sözsüz doğmaca nəvəsi, tanınmış Rusiya hindşünası Tatyana Şaumyan bilər.
Ötən il Hindistanda çəkilmiş bu videolentə (https://www.youtube.com/watch?v=F1Fh84aWddw) diqqət etsəz, Tatyana Şaumyanın kim olduğunu, hansı məzhəbə qulluq etdiyini axır dərk edərsiz.
Tatyananı orda başqa xidmətlərinə görə mükafatlandırırlar. Üzdəki söhbətlərə necə deyərlər, bir quş.
Siz çalışın bu məclisdə deyilənləri yox....deyilməyənləri eşidəsiz.
Mən, eşitdim.
Bəs siz?

Həmid Herisçi

visiontv.az