Cenevrədə Lavrov-Blinken görüşü başlayıb
21.01.2022

İsveçrənin Cenevrə şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək görüşlərdə Rusiya ilə ABŞ və NATO münasibətləri, Ukraynada vəziyyət, Moskvanın NATO-nun təhlükəsizlik təminatı ilə bağlı verdiyi təkliflər və s. müzakirə ediləcək.

Danışıqlardan sonra Lavrov və Blinkenin ayrı-ayrılıqda media nümayəndələri üçün brifinq keçirəcəyi elan olunub.