"Cənab Prezident, Təbriz Azərbaycandır"
"Cənab Prezident, Təbriz Azərbaycandır"
12.03.2023 Sahib Alıyev Tərəfindən

Mən Tehranda “Nizami Gəncəvi həftəsi”nin keçirilməsini fars şovinistlərinin türkün böyüklüyünü etiraf etmələri, bu böyüklüyə sığınmaları kimi qiymətləndirirəm.

Sözü gedən ölkənin Xarici İşlər Nazirliyinin sözçüsünün  Gəncəni “İran şəhəri”, Nizamini isə  fars şairi adlandırmasına da təbii baxıram. Bu, bir daha onların haylarla eyni xislətli, eyni dərəcədə ləyaqətsiz olduqlarını göstərir. 
Heç gör biz özümüzə sığışdırb Firdovsi Azərbaycan şairidir, deyərik? Demərik, çünkü ləyaqət hissimiz qoymaz.
 Heç Təbriz Azərbaycan şəhəridir də  demirik. Buna ehtiyac da yoxdur axı. Təbrizin Azərbayan şəhəri olduğunu, təbrizlilər də, Arazın o tayındakı bütün soydaşlarımız da, hətta İranın Xarici İşlər Nazirliyinin bizim Tehrandakı səfirliyimizə basqın edən terrorçudan çox da fərqlənməyən sözçüsü də yaxşı bilir. Həmən zat onu da yaxşı bilir ki, təbrizli gənclər arada şəhərin küçələrinə bütün azərbaycanlıların lideri İlham Əliyevin portretini asaraq altından "Cənab Prezident, biz Sizinləyik" yazırlar. Əslində bu, həm də "cənab Prezident, Təbriz Azərbaycandır",- deməkdir!

Millət vəkili Sahib Alıyev

Visiontv.az