Cəmil Həsənli Ramiz Mehdiyevdən təlimat alıb, yoxsa İlham Əliyevdən?-Şöhrət El-Dəniz
Cəmil Həsənli Ramiz Mehdiyevdən təlimat alıb, yoxsa İlham Əliyevdən?-Şöhrət El-Dəniz
02.04.2021 Şöhrət El-Dəniz Tərəfindən

Cəmil Həsənli barəsində yazmaq istəmirdim. Qızı ilə bağlı hadisədən sonra ümumiyyətlə onun adını çalışıram heç bir yazımda, statusumda çəkməyim. Amma bu gün, bəlkə də dünən yazdığı bir məqalədə dediklərinə bir iki cümləynən fikir bildirmək qərarına gəldim. Halbu ki, bu fikirləri vaxtilə Ramiz Mehdiyevdən, indi isə bilmirəm kimdən pul alan baş redaktorlar, özünü aparıcı, qabaqcıl, vurha-vur yazar adlandırıb, bütün günü AzTV-nın və İTV-nin ekranlarından danışanlar deməliydi. Amma onların bu dərəcədə xırdalığı dərk edəcəklərinə şübhəm var. Bir də indi mənim yazacaqlarımı onların risk edib qələmə alacaqlarına inanmıram.

Cəmil Həsənlinin həyatda qazandığı statusları ilə heç bir işim yoxdur. Tək vaxtilə olduğu millət vəkili statusuna toxunacağam. Heç kimə sirr deyil ki, vaxtilə Milli Məclisin deputatlarının yarısından çoxu Ramiz Mehdiyevin icazəsi ilə seçilirdi ( təyin olunurdu daha düzgün ifadədir). YAP-ın siyahısından əlavə bitərəf və müxalif adlandırılan şəxslərin əksəriyyətinə yaşıl işığı Ramiz Mehdiyev yandırırdı. Bu baxımdan Cəmil bəy Həsənli Milli Məclisdə deputat kimi fəaliyyətinə Ramiz Mehdiyevə borcludur desəm yanılmaram. 
Bu gün və yaxud dünən yazdığı məqalədə də onun deputat kimi dolayı yolla aldığı təlimatların bir başa Ramiz Mehdiyevdən gəldiyi zatən etiraf olunur. Düzdür son günlərin əsəbi gərginliyi, yazdıqlarındakı etirafların ünvanını bir balaca şişirdərək Prezidenti hədəf göstərir. Amma heç kim uşaq deyil və əksəriyyət bilir ki, vaxtilə Ramiz Mehdiyevdən deputatlar, icra başcıları, nazirlər və mətbuat bossları üçün gələn təlimatlar bir başa onun öz təşəbbüsü ilə olurdu. Belə olmasaydı dövlət içində özünə imperiya qurmazdı. 2 ildir bu imperiyanı sökürlər hələ də bitib dükənmir. 
Gələk Cəmil Həsənliyə. Yazdığından bəlli olur ki, Milli Məclisdə yaxın olduğu deputatlar Ramiz Mehdiyevin təlimatı ilə durub oturublar. Məntiqnən elə həmən deputatlar və bəzi hallarda isə bir başa  Ramiz Mehdiyev vasitəsi ilə  təlimat və məlumatlarla silahlanıb.
Bir misal çəkim daha aydın olacaq və mən bu barədə fikrimi yekunlaşdıracağam. Çünki uzatdıqca daha eybəcərliklər çıxır. 
Cəmil Həsənlinin Ramiz Mehdiyevlə əlaqədar bəzi fikirlərini araşdırmaq üçün bəzi məqalələrini, müsahibələrini oxudum. Maraqlı bir nüans fikrimi çəkdi. Müxbirə verdiyi müsahibədə deyir ki, Heydər Əliyev hələ Moskvada işləyərkən kabinetində Ramiz Mehdiyevə deyib ki, Kamran Bağırovun Azərbaycana 1-ci katib təyin olunması yalnış addım olub. 
Sual yaranır özü də yekə bir sual.
İki şəxsin arasında olan bu söhbəti Cəmil Həsənli haradan bilirdi? Deməli ona bu söhbəti ya rəhmətlik Heydər Əliyev danışıb (heç inandırıcı deyil), ya da Ramiz Mehdiyev. Cəmil Həsənli deputat olduğu dövürlər Heydər Əliyev rəhmətə getdiyindən deməli ona bu barədə məlumatı Ramiz Mehdiyev verib. 
Əlavə şərh eləmək fikrim yoxdur. Sadəcə bu gün yazdığım statusda olan fikrimi təkrarlayıram. 
Cəmil Həsənli və onun kimi deputat olanlar vaxtilə Ramiz Mehdiyevdən aldıqları təlimatları indi Prezident İlham Əliyevin adına yazırlar. Ayıbdır, heç olmasa susun. 
Guya bilmirik ki, o vaxt bəzi deputatlar, o cümlədən indi də xod gedən bəzi  baş redaktorlar kimdən təlimat alırdılar?

P.S. Cəmil bəyin Ramiz Mehdiyevi arxa plana çəkərək, prezidetn İlham Əliyevi hədəfə alması onun qızının videosunun kim tərəfindən dövriyyəyə buraxıldığına bir işarədir. Bu isə tamam başqa bir hekayədir. 
visiontv.az