Cəbrayılda DSX hərbçiləri qəzaya düşüb - Ölən var
21.11.2022

Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüb.

DSX-nin Mətbuat Mərkəzindən Visiontv.az-a verilən xəbərə görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.

DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.

Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.