Bütün problemlərin həlli təhsildə və mədəniyyətdədir - Elçin Mirzəbəyli
Bütün problemlərin həlli təhsildə və mədəniyyətdədir - Elçin Mirzəbəyli
04.08.2021 Elçin Mirzəbəyli Tərəfindən

Qadına qarşı zorakılıq, qətl və digər bu kimi cinayətlərin məsuliyyəti həm də  "qadın hüquqlarının qorunması" adı altında cəmiyyətə aqressiya və kin püskürən, qanunlara və onların aliliyini təmin edən şəxslərə, qurumlara qarşı etimadsızlıq mühiti formalaşdırmağa çalışan qrant dəllallarının üzərinə düşür.  Baş verən hər bir cinayətdə gender bərabərliyinin hüquqi müstəvidə təmin olunmasını təbliğ etmək əvəzinə cəmiyyəti ayaqda saxlayan dəyərləri gözdən salanların da günahı var. 

Belə ağır cinayətlərin baş verməməsi üçün toplumun mədəni səviyyəsinin yüksəldilməsi istiqamətində çoxsaylı və davamlı layihələr həyata keçirilməli, təhsilin hər kəs üçün əlçatanlığı təmin edilməlidir. 

Bütün problemlərin həlli təhsildə və mədəniyyətdədir.

Visiontv.az