Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcək
27.09.2023

“Böyük Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcək”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya səfiri Fergus Auld “X” platformasında paylaşım edib.

“Anım Günündə Böyük Britaniya səfirliyində, Azərbaycan və Ermənistan arasında münaqişədə həyatlarını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Böyük Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcək”, - paylaşımda deyilir.