Biz müharibənin son mərhələsinə qədəm qoyuruq
22.05.2022

Ukrayna Rusiya ilə müharibənin son mərhələsinə qədəm qoyur. Bu barədə  “Azadlıq” layihəsinin efirində Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib:

"İndi biz son mərhələyə qədəm qoyuruq, sual bunun nə qədər vaxt aparacağındadır. Bu, bir az uzana bilər, çünki ruslar olub qalan resursları cəmləyiblər mövqe müharibəsinə keçməyə çalışırlar. Yəni 2015-ci ildə olduğu kimi səngərlər qazıb müdafiəyə hazırlaşırlar”.

Podolyak qeyd edib ki, işğalçıların hərəkətlərini proqnozlaşdırmaq olar. “Onlar 2015-ci ildə etdiklərinin eynisini etdilər: müəyyən ərazilərdə səngər qazıblar, o ərazilərə öz klounlarını gətirbi guya burda yaşayanlardır və Rusiyaya qoşulmaq istəyirlər kimi mənzərə yaradırlar. Bu isə Ukrayna üçün sərfəli deyil. Ukrayna Donetsk və Luqansk da daxil olmaqla, zəbt edilmiş bütün əraziləri azad etməli və bu qəribə adamları cəhənnəmə qovmalıdır. Və müharibənin əks-hücum mərhələsi bizim üçün kifayət qədər ağır olacaq. Çünki biz öz vətəndaşlarımızın həyatını itirəcəyik. Amma bütün hallarda biz öz ərazilərimizin azad etmək üçün bu qanlı mərhələsini yaşamalıyıq”.

Əli Əliyev

visiontv.az