Biləsuvar gömrüyünün fəaliyyəti məhdudlaşdırılıb
Biləsuvar gömrüyünün fəaliyyəti məhdudlaşdırılıb
25.01.2023 MEDİA Tərəfindən

Biləsuvar sərhəd keçid məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb. Bu barədə Ərdəbil əyalətinin valisi Hamid Amili açıqlama verib.

O, pandemiyadan öncə bu gömrük məntəqəsinin fəaliyyətinin yüksək səviyyədə olduğunu, pandemiyadan sonra Azərbaycan tərəfinin bunu məhdudlaşdırdığını deyib.

Ərdəbil valisi gömrük geçid məntəqəsinin fəaliyyətinin Azərbaycan tərəfindən məhdudlaşdırılması barədə açıqlama verməkdən yayınıb.
Bundan öncə Azərbaycan tərəfi İran tərəfinin koronovirus qaydalarına dəqiq riayət etməməsi, sərhəddən keçmək istəyən iranlılarının çoxunun koronovirusa qarşı peyvənd olunmamalarını bildirib.

Visiontv.az