Bəzi qurumlar informasiya texnologiyaları istiqamətində kifayət qədər hazırlıqlı deyillər
Bəzi qurumlar informasiya texnologiyaları istiqamətində kifayət qədər hazırlıqlı deyillər
04.03.2021 Elvin ABBASOV Tərəfindən

Elm və texnologiya strategiyası inkişaf etmiş və ya etməkdə olan ölkələrdə iqtisadi tərəqqinin formalaşmasında əsas faktorlardan biridir. Bu barədə visiontv.az saytına danışan İTK mütəxəssisi Elvin Abbasov bildirdi ki, müasir dövrdə elm və texnologiya birbaşa istehsal gücünə çevrilib: "Bu sahədə inkişaf etmiş ölkələr, qlobal rəqabətçilikdə əsas üstünlüyü ələ keçirmiş və inkişaf dinamikasını yüksək tempdə tutmaq üçün texnologiya infrastrukturlarını daim yeniləməkdə və gücləndirməkdirlər.

Azərbaycan texnologiya sahəsində son 10 ildə regionda bir sıra ilklərə imza atsa da, sürətlə yenilənən texnologiya sənayesində hələlik aparıcı qüvvələrdən biri ola bilməyib. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələrində peyk xidmətlərinə malik olması, bizim bu regionda texnologiya sahəsində ən büyük uğurumuz hesab oluna bilər. Həmçinin 2-ci Qarabağ müharibəsində 5-ci nəsil müharibə silahlarından istifadə olunması, İnformasiya Kommunikasiya Texnologiyaları istiqamətində aparılan işlər Azərbaycan adını regionda və dünyada texnologiya sahəsində potansial ölkə olduğunu bildirən bariz göstəricidir.

Ölkə daxilində bir çox qurumların informasiya texnologiyaları istiqamətində kifayət qədər hazırlıqlı olmadığı və ya mövcüd vəziyyətin dövrün standart və tələblərinə uyğun olmaması fundamental iş aparılmasını zəruri edir. Dövlət strukturlarında elektron iş mühitinin formalaşması, proseslərin avtomatlaşması, informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi ölkəmizdə başlıca hədəflərdən biridir. Bu hədəfə çatmaq üçün qurumlarda texnologiya infrasturukturlarının təkminləşdirilməsi aktual mövzulardan birinə çevirilmişdir. 4-cü sənaye inqilabına keçid mərhələsinə hazırlaşan ölkəmiz, bu istiqamət də elektron sənayenin qurulması və informasiya kommunikasiya texnologiyalarının tam səmərəli istifadəsini təmin edən strategiya və planlamalar qurmalıdır.

Ağıllı şəhər konsepsiyasına start aldığımız bir dövrdə ölkədə mövcud texnologiya infrasturkturu tam təhlil olunmalıdır. Və bu təhlillər əsasında texnologiya infrastrukturlarına qoyulacak investisya həcmi və hərəkət planları məlum olacaqdır".

E. Şıxəliyeva

Visiontv.az