Bayden İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri Konqresə göndərib
03.07.2022

ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri Konqresə göndərib.

Visiontv.az xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.

"Mən Finlandiyanın NATO-ya daxil olması ilə bağlı hesabat təqdim edirəm. Oxşar məktub İsveçin Alyansa daxil olması ilə də bağlıdır”,- deyə Bayden Konqresin komitə sədrlərinə göndərdiyi əhatə məktubunda.

Yeni ölkələrin Şimali Atlantika Alyansına qoşulması üçün xüsusilə ABŞ Konqresinin yuxarı palatasının razılığını almaq lazımdır.

APA