Baş İdarənin dəstəyi ilə güləş turniri təşkil olunub
05.11.2022

8 noyabr "Zəfər Günü" və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi ilə əlaqədar güləş turniri təşkil olunub 

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, YAP Göygöl Rayon Təşkilatının təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində sərbəst və Yunan-Roma güləşi üzrə zona turniri keçirilib .      

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. 
Turnirin əsas məqsədi Zəfər tariximizin qeyd edilməsi və YAP üzvü və bitərəf gənclər arasında şəbəkələşmənin dərinləşdirilməsi, gənclər arasında sağlam həyat tərzinin təşviqi, güləş idman növünün təbliğatı, kütləviləşdirilməsi və inkişaf etdirilməsidir.

Qeyd edək ki, zona turnirində 8 şəhər və rayondan (Gəncə, Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Ağstafa, Qazax) olan Yeni Azərbaycan Partiyasının üzvləri və bitərəf idmançılar iştirak ediblər.

Binnət İsmayılov
Visiontv.az