Bakıda yaşayış binasındakı yanğında 21 nəfərə yardım edilib - TƏBİB
02.10.2022

Xətai rayonunda baş verən yanğınla əlaqədar hadisə yerinə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb edilib.

Visiontv.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Hadisə nəticəsində 21 (10-u kişi, 11-i qadın, 2-si uşaq olmaqla) nəfərdən 19-na yerində yardım edilib.

İki nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib.

Onların müalicəsi davam edir.

Qeyd edək ki, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən on yeddi mərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Bakıda yaşayış binasında yanğın söndürülüb, 37 sakin təxliyə olunub, 2 nəfər xəsarət alıb - VİDEO  - YENİLƏNİB-2