Bakıda "Hyundai" yanıb
06.09.2021

Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Visiontv.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi və dayanacaqda olan digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.