Bakıda 60 yaşlı kişini avtomobil vuraraq ayağını sındırıb
24.06.2022

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində avtomobil yolu keçən 1962-ci il təvəllüdlü Əliyev Elsevər İdris oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

report