Bahar Muradovanın yeni iş yeri bəlli oldu
18.02.2020

Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü, Milli Məclisin keçmiş vitse-spikeri Bahar Muradovaya yeni vəzifə veriləcək.

Visiontv.az Gununsesi.org-a istinadən xəbər verir ki, adı YAP-ın deputatlığa namizədləri sırasında yer almayan Muradovanın Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr gətiriləcəyi barədə xəbərlər vardı.

Ancaq məlum oldu ki, Bahar Muradova Prezident Administrasiyasında yüksək vəzifə tutacaq.