Bağır Seyidzadə: 1941-ci ildə Əziz Əliyevin rəhbərliyi ilə Güney Azərbaycana gedən böyük bir qrupda o da var idi-VİDEO
Bağır Seyidzadə: 1941-ci ildə Əziz Əliyevin rəhbərliyi ilə Güney Azərbaycana gedən böyük bir qrupda o da var idi-VİDEO
07.06.2023 MEDİA Tərəfindən

Bağır Seyidzadə 9 avqust 1912-ci ildə əzəli Azərbaycan torpağı olan İrəvanda Seyidovlar ailəsində dünyaya gəlmişdir. Bağır Seyidzadənin qızı Dilarə Seyidzadənin xatırladıqlarından:

Onların bir ümumi evi vardı. Bu ev hələ də durur. Sovet dövründə uşaq bağçası idi.
Onlar 1918-ci ildə İrəvanda millətlərarası münasibətlər kəskinləşdikdən sonra şəhəri tərk edirlər. Mirəli artıq vəfat etmişdi. O, tacir kimi səfərdən qayıdarkən Qarsda dünyasını dəyişmiş və elə oradaca dəfn olunmuşdu. Yeri gəlmişkən, mən Türkiyədə onun məzarını axtarıb tapdım. Buna biz Türkiyədə səfərdə olanda ulu öndər Heydər Əliyevin sayəsində nail oldum. Heydər Əliyevə Qars Universitetinin fəxri doktoru adının verilməsi münasibətilə təntənəli mərasim keçirilirdi. Mirəli əminin məzarını ziyarət etmək elə onda mənə nəsib oldu.
Səhəri günü daşnakların qırğın hazırladığını eşidən Mirqasım həm özünün, həm də qardaşının ailəsini götürüb Tiflisə yola düşür. Bunun üçün o, vaqon tutur. Onda Qafqaz cəbhəsi buradan keçirdi, hər yerdə ingilis qoşunları dayanmışdı, müşayiətçi hindu əsgər idi. Onlar Tiflisdə əsasən azərbaycanlıların yaşadığı Şeytanbazar məhəlləsində yaşayırlar. Mirqasım kişi ticarətini davam etdirir, qazandığı pullarla uşaqlarına mükəmməl təhsil verir.
1925-ci ildə Bağır Seyidzadə Tiflisdən Bakıya gəlir. O, sonralar Leninin adını daşıyan Tağıyevin fabrikində işə düzəlir, fəhlə fakültəsinə daxil olur. 1930-cu ildə fəhlə fakültəsini bitirdikdən sonra bir neçə ay "Kəndli" qəzetinin redaksiyasında korrektor işləyir.
Dilarə xanımın xatirələrindən:
"Bağır Seyidzadə hələ məktəbdə oxuyarkən işləməyə başlamışdı- divar qəzeti çıxarırdı. O, institutda tələbə divar qəzeti çıxarır, "Gənc işçi" qəzetinin redaktoru olur. O vaxt belə bir qayda vardı- kim qəzetə başçılıq edirdisə, sonra respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçilirdi. Beləliklə, o, respublika komsomolu Mərkəzi Komitəsinin ideologiya üzrə katibi seçildi və 1941-ci ildə Əziz Əliyevin başçılıq etdiyi azərbaycanlılardan ibarət böyük bir qrupla birlikdə İrana getdi. 
Dediklərim Bağır Seyidzadənin həyatından qısa bir məlumat idi. İndisə qonağımızla bu barədə daha geniş danışacağam. Studiyamıza bu böyük şəxsiyyətin gizlin qalan həyat yolunu qələmə alan araşdırmaçı yazar Adıgözəl Mammədovdur. 


 

visiontv.az