“Azure” biznes mərkəzində mühasib intihar etdi - FOTO
22.06.2021

Bakıda “Azure” biznes mərkəzində intihar hadisəsi baş verib. Bir neçə dəqiqə öncə binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən orta yaşlı kişi özünü yerə atıb.

Həmin şəxs hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə cəlb olunub. 

İntihar edən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, o, suvarma sistemləri üzrə fəaliyyət göstərən "Polyagro" MMC-nin mühasibi, 22 yaşlı Elvin adlı şəxsdir.

Araşdırma aparılır.

Qafqazinfo