Azərbaycanın bütövlüyünün və birliyinin rəmzi: Xudafərin - FOTOREPORTAJ
18.10.2021

2020-ci il oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünü və ətraf əraziləri erməni işğalından azad edib.

Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunan Xudafərin körpüsü XI əsrə aid unikal abidədir. Körpü Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı dağılmış və sonradan bərpa edilmişdi. Təbii qayalar üzərində inşa edilən Xudafərin körpüsünün bir hissəsi dövrümüzədək gəlib çatıb.

FOTO: Azər İbrahimov