Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
21.11.2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Bu barədə Visiontv.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Vurulan vaksinlərin ümumi sayı 13 918 769, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 868, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 216, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 055, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 630 nəfər təşkil edir.