Növbəti həftələrdə Azərbaycanda daha bir ixtisaslaşmış sənaye zonasının açılışı gözlənilir. Visiontv.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda xarici biznes: Biznes mühiti sorğusu 2021" adlı müstəqil hesabatının növbəti nəşrinin təqdimatında çıxış edərkən deyib.
Onun sözlərinə görə, iqtisadi zonalar bizneslərə dəstək verməyə hazırdır.
"Bu gün ölkənin qeyri-neft ixracının müəyyən faizi xüsusi sənaye zonalarının payına düşür. Bu rəqəm sürətli şəkildə artır. Bu gün ölkənin qeyri-neft sektorunun artım dərəcəsi təqribən 51%-ə yaxındır", - deyə M. Cabbarov qeyd edib.
Ələt İqtisadi Zonasının yaradılmasından danışan nazir əlavə edib ki, bu layihənin 2022-ci ilədək investorlara açıq olacağı gözlənilir.