Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
07.03.2023

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 211 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 60, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 20 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 950 435, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 649, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 297, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 766, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 723 nəfər təşkil edir.