Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
24.06.2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1427 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 958, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 119 nəfərdir.