Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
23.06.2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1360 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 178, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 118 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 757 804, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 352 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 792, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 303 577, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 524 nəfər təşkil edir.