Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
22.06.2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 523 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 260, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 941, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 133 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 756 444, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 352 733, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 614, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 302 691, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 406 nəfər təşkil edir.