Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
21.06.2022

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1534 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 210, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 194, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 994, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 136 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 754 921, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 352 473, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 852 425, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 301 750, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 248 273 nəfər təşkil edir.