Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
17.09.2021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57357 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17920, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39437 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7863592, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4588732, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3274860 təşkil edir.