Azərbaycan Prezidenti: “Füzuli Beynəlxalq Hava Limanı bizim birgə uğurumuzdur”
26.10.2021

“Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi 8 ay davam etdi. 8 ay ərzində beynəlxalq hava limanı inşa edildi”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu hava limanının inşaatında Azərbaycan və Türkiyə şirkətləri iştirak ediblər. Bu, bizim birgə uğurumuzdur", - Prezident vurğulayıb.

Visiontv.az