Azərbaycan Ordusunun şəhid olan hərbçisi Ağstafada dəfn olunub
12.05.2023

Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, şəhid anadan olduğu Xətai kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

***

10.11

Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə ilə Ağstafa rayonunda vida mərasimi başlayıb.

Mərasim Xətai kəndində, şəhidin evində keçirilir.

Mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhid Xətai kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Orxan Novruzəlizadə 1998-ci il təvəllüdlü Ağstafa rayonunun Vurğun qəsəbəsində anadan olub. İki ilə yaxın Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.