Azərbaycan-Fransız Universitetinin ilk məzunlarına diplomlar təqdim edilib
06.05.2021

Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib. Bu barədə Visiontv.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə təhsil naziri Emin Əmrullayev və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru Mustafa Babanlı da iştirak ediblər. Fransanın Strasburq Universitetinin prezidenti Mişel Deneken isə mərasimə virtual şəkildə qoşulub. Tədbirdə çıxış edən təhsil naziri UFAZ-ın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və məzunları təbrik edib. Daha sonra Emin Əmrullayev UFAZ-ın ilk məzunlarına hər iki universitetin diplomlarını təqdim edib və məzunlara uğurlar arzulayıb.

Qeyd edək ki, məzunların bir hissəsi dünya reytinqli universitetlərdə təhsillərini davam etdirirlər. Məzunların digər hissəsi isə dövlət müəssisələrində və özəl sektorda əmək fəaliyyətinə başlayıblar.