Azərbaycan elektrik enerjisinin istehsalını artırıb
19.01.2022

Ötən il Azərbaycanda 25 958,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,5% çoxdur.

Visiontv.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsal edilən əmtəəlik elektrik enerjinin həcmi ötən il 25 163,5 mln. kVt-saat təşkil edib (+8,4%).

Komitənin məlumatına əsasən, ölkədə istehsal edilən elektrik enerjinin 23 776,4 mln. kVt-saat istilik (+7,9%), 1 243,9 mln. kVt-saat su elektrik (+19,8%) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin qalan hissəsi isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.