Anar Kərimov türkiyəli həmkarı ilə görüşüb
17.09.2021

Özbəkistanda səfərdə olan Anar Kərimov Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla görüşüb.

Visiontv.az xəbər verir ki, bu barədə mədəniyyət naziri “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Qardaş Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə TÜRKSOY-un 38-ci Nazirlər Şurası çərçivəsində ikitərəfli görüş keçirdik və Türkiyəyə səfərim zamanı əldə olunan razılaşmaların icrasının davamını müzakirə etdik. Önümüzdə geniş əməkdaşlıq proqramı durur”.