Amerika İrana xəbər göndərib
30.01.2023

Qətərin xarici işlər naziri Mohammed bin Abdulrahman Al-Thani Tehranda iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb. Cənab Abdullahian deyib ki, cənab Al-Thani ABŞ-ın rəsmi Tehrana mesajını çatdırıb. Mesaj nədən ibarətdir? “İRNA” agentliyinin xəbərində bu suala cavab yoxdur.

Xatırldaım ki, Qətər ilə İranın xoş münasibəti var. ABŞ-la da Qətər ciddi əlaqələrə malikdir. Qətər İranla Qərb arasında aparıalan nüvə danışqlarına uzun müddət vasitəçilik edib. Görünür, elə bu səbəbdən də ABŞ İrana mesaji Qətər üzərindən göndərib...

Qətər Talibanla ABŞ arasında aparılan danışqlara da vasitəçilik etmişdi...

Qətər ilə Türkiyənin də isti münasibətləri var. Qətərdə Türkiyə hərbi bazası mövcuddur. Ancaq Qətərin Səudiyyə Ərəbistanı başda olmaqla varlı Körfəz ölkələri ilə ciddi problemləri də var.

Elbəyi Həsənli

Visiontv.az