Ali məktəblərə qəbul olmaq üçün ayrılan plan yerlərinin sayı açıqlanıb
16.08.2022

Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb.

Visiontv.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ötən il plan yeri 49998 idi:

“Müqayisə etsək bu il 2546 yer daha çoxdur. Plan yerlərinin 23627-si dövlət sifarişlidir. Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur”.

APA