AKP rəsmisi Ermənistan hökumətinə çağırış edib
07.12.2021

Xüsusilə Zəngəzur dəhlizinin açılması nəticəsində Türkiyənin Asiya ilə, o cümlədən türk dövlətləri ilə əlaqələri daha da möhkəmlənəcək.

Visiontv.az xəbər verir ki, bunu bu gün İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuş Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə müharibədən sonra imzalanmış bəyanatların yerinə yetirilməsini arzu edir: “Bunun üçün isə Ermənistanın erməni lobbisinin göstərdiyi istiqamətdə yox, Ermənistanda yaşayan erməni xalqının mənafeyinə uyğun şəkildə Cənubi Qafqazda sülhə dəstək verməsinə ümid edirik. Çünki ABŞ-da, Fransada və başqa yerlərdəki erməni lobbisinin istəyi başqadır, Ermənistanın reallığı isə başqadır”.