AK Parti və YAP nümayəndələri Samsunda görüşüb
09.05.2023

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Samsun Şəhər Nümayəndəliyində Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyəti ilə görüş baş tutub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətlər, eyni zamanda, prioritet məsələlər müzakirə edilib.

AK Parti Samsun Şəhər Nümayəndəliyinin sədri Mehmet Köse Azərbaycan nümayəndə heyətini salamlayaraq iki ölkə arasındakı dostluq-qardaşlıq bağlarından danışıb:

"Türkiyə və Azərbaycanın iki dövlət bir millət dir. Dünyadakı bütün türk xalqların qardaşdır. Hər iki xalq üçün birlik baxımından əhəmiyyətlidir. Qardaşlıq münasibətlərinin bundan sonra daha da yaxşılaşacaq".

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı daimidir və əbədidir:
"Biz - Türkiyə və Azərbaycan xalqları eyni ruhda, eyni canda, eyni düşüncədə olan xalqlarıq. Biz bunu daima hiss etmişik. Və bu dünya xalqları arasında olmayan bir bağdır. Yeni Azərbaycan Partiyası ilə AK Parti starateji əməkdaşlıq sazişin ruhuna uyğun olaraq dostluq münasibətlərin dərinləşməsi və möhkəmlənməsi məqsədilə bizim nümayəndə heyəti bu gün Samsun şəhərinə səfər edib".

Daha sonra Azərbaycan Parlamentin üzvləri, millət vəkilləri İlham Məmmədov, Ramin Məmmədov və Nəsib Məhəməliyev çıxış edərək Türkiyə-Azərbaycan münasibətlərindən, qardaşlıqdan danışıblar.

Millət vəkilləri ümid ediblər ki, qardaş ölkənin xalqı keçiriləcək seçkidə düzgün seçim edəcəklər.

Daha sonra görüş ümumi müzakirələrlə davam etdirilib.