AİKTSA “Kiber Təhlükəsizlik Komitəsi”-nin fəaliyyət sahələri üzrə bəyanı
AİKTSA “Kiber Təhlükəsizlik Komitəsi”-nin fəaliyyət sahələri üzrə bəyanı
06.02.2023 MEDİA Tərəfindən

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İKT sahəsində ölkənin intellektual kapitalının inkişafına töhfə vermək, Azərbaycanda fəaliyyət göstərən informasiya-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə, onların sosial-iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqlarına köməklik göstərmək üçün dövlət siyasətinə uygun fəalliyyət göstərməkdədir. Bununla yanaşı  insan resurslarının ölkədə yeni texnologiyalara və texnologiyanın inkişafına sürətlə uyğunlaşması üçün maarifləndirmə layihələri hazırlamaq, beynəlxalq standartları nəzərə alaraq qanun və qaydaların tətbiğinin standardlaşdırılması və qanunvəriciliklə müəyyən edilmiş çərçivədə təkliflər vermək, İKT sektorda tələblərin və ehtiyacların ölkə maraqları və strategiyalarına uyğun olaraq həlli üçün dəstəkləyici fəaliyyətlər həyata keçirmək üçün fəaliyyətdədir.

Göstərilən hədəfə uyğun olaraq, İnformasiya və Kommunikasiya Texnologiyalarının Azərbaycan qanunlarına və beynəlxalq təhlükəsizlik standartlarına uyğun tətbiqi ilə bağlı 26.12.2022-ci il tarixində “Kibertəhlükəsizlik Komitəsi” yaradılmışdır.

Kibertəhlükəsizlik Komitəsi ölkədəki mövcud ehtiyac və tələblərə uyğun olaraq öz fəaliyyətini müəyyənləşdirmiş və bu sahədə işlər görən digər qurum və təşkilatlarla mütəşəkkil və birgə olaraq, ilk növbədə iki mühüm məsələyə diqqət yetirmək və 2023-cü il ərzində fəaliyyət planları ilə bağlı işləmək üzrə qərara gəlmişdir.

Müəyyən edilmiş əsas sahələr:
1.Azərbaycanda Kibertəhlükəsizlik çərçivəsində qanunlar və qanunlarla birgə bu sahədə səlahiyyətli qurum və təşkilatlar tərəfindən dərc edilən Kibertəhlükəsizliklə bağlı qərarlar, qaydalar, sirkulyarlar, və s. yazılı göstərişlərin,

1.1 Ölkə daxilində və xaricində Azərbaycana xidmət göstərən qurum və təşkilatlar daxil olmaqla, beynəlxalq standart və qaydalarla uyğunlaşması və genişləndirilməsi barədə təklif və tövsiyələr vermək;

1.2 Sektorun və ölkənin kibertəhlükəsizliyi ilə bağlı ehtiyaclarını nəzərə alaraq inkişafı üçün araşdırmalar aparmaq, düzgün tətbiqləri üçün təkliflər təqdim etmək və əlaqəli qurum, şirkət, təşkilat və s.ilə əməkdaşlıqlar qurmaq;

1.3 Tətbiq edilməyi ilə bağlı müəyyən edilmiş beynəlxalq standartların, yerli standartlara uyğunluğunu təmin etmək üçün araşdırmaların aparılması, ölkənin daxili standartlarının beynəlxalq standartlara uyğun formalaşdırılması, sertifikatlaşdırılması və tətbiqlərin auditi üçün məsləhət və ya dəstək əhatə dairəsində müvafiq qurumlarla işləmək,

2. Azərbaycanda mövcud və potensial insan resursları üçün

2.1 Qanunların, qaydaların və standartların tətbiqi və nəzarəti ilə məşğul olan insan resurslarının beynəlxalq standartlara uyğun olaraq İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyin müxtəlif sahələrində bilik və təcrübə, hətta sertifikatlar əldə etmələrini təmin etmək üçün fəaliyyət göstərmək və bu mövzuda dəstək olmaq üçün müvafiq şirkət, qurum, təşkilatlarla əməkdaşlıqlar qurmaq,

2.2 İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik sahələrində, ölkədə ehtiyac duyulan İnsan Resurslarının hazırlanması üçün təlim tədbirlərinin təşkili, təlim fəaliyyətlərinin genişləndirilməsi və yerli resurslarla dəstəklənməsi məqsədilə yerli təlimçilərin hazırlanmasına töhfə vermək,

2.3 İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik sahələrinə marağı artırmaq, potensial insan resurslarını beynəlxalq standartlarda yetişdirmək və düzgün istiqamətləndirmək, təhsilə dəstək məqsədilə kurslar və təlim proqramları, maarifləndirici seminarlar, konfranslar, təlimlər, müxtəlif görüşlər təşkil etmək və bu fəaliyyətlərlə bağlı əməqdaşlıqlar qurmaq,

2.4 Media vasitəsilə İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik haqqında daha geniş kütlələri məlumatlandırmaq üçün fəaliyyətlər həyata keçirmək və görülən işlərin ölkə daxilində əhəmiyyətini vurğulayaraq texnologiyadan təhlükəsiz istifadəni təmin etmək üçün dəstəkləyici fəaliyyətlər təşkil etmək, həmin istiqaməttə fəaliyyət göstərən şirkət, qurum, təşkilar, və s. töhfə vermək,

Olaraq sadalana bilər.

İstər hüquqi və tətbiqi tənzimləmələrin, istərsə də insan resursları məsələlərinin əhəmiyyətinə və ölkəmizin hazırkı strategiyasına uyğun olaraq bütün bu fəaliyyətlərlə bağlı:

1-Assosiasiyaya bağlı şirkətlərin və ya ayrı-ayrı şəxslərin, şirkətlərin, qurumların, təşkilatların, assosiasiya ilə əməkdaşlıq/ iş birliyində bilik və təcrübələrindən istifadə edərək araşdırmalar və layihələr həyata keçirmək,

2-Milli və ya beynəlxalq əməkdaşlığın həyata keçirilməsi və təcrübə mübadiləsi,

3-Azərbaycanda ekosistemə töhfə verə biləcək şirkət və ya ekspertlərin sayının artırılması, strateji iş ortaqlığı layihələri vasitəsilə genişləndirilməsi və ya dəstək alınması,

4-Sahənin inkişafının beynəlxalq standartlara uyğun olması və beynəlxalq təcrübənin çoxalması üçün təklif və tövsiyələrin verilməsi,
planlaşdırılır.

Bütün bu mühüm vəzifə və məsuliyyətləri üçün, Assosiasiyamızın (AİKTSA) “Kibertəhlükəsizlik Komitəsi” rəhbərliyinə və üzvlərinə uğurlar arzulayırıq.


AİKTSA İdarə Həyətinin Sədri
Elvin ABBASOV
Visiontv.az